“Serbiya və Kosova arasında ciddi müharibə yoxdur. İki ölkə arasında onilliklər ərzində gərginliklər olub. Gərginliyin son aylarda pik səviyyəyə qalxması Kosovo hökumətinin Kosovoya gələn serb ziyarətçilər üçün yeni tələblər qoymasından dolayı daha da artıb”.
Bu sözləri mövzu ilə bağlı Bizim.Media-ya verdiyi özəl açıqlamada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirib
Metyu Brayzanın fikrincə rəsmi Moskva Bosniya, Serbiya və Monteneqro ilə etdiyi kimi, Serbiya adından Kosovo ilə də gərginliyi artırmağın yollarını axtaracaq.
ABŞ-ın Azərbaycandakı digər eks səfiri Riçard Kozlariç isə Bizim.Media-ya danışarkən hazırda Balkan yarımadasında Serbiya və Kosova arasında yaranan gərginliyi “Rusiya-Ukrayna” müharibəsi ilə əlaqələndirib:
“Putin Ukraynada uduzduğuna görə, Balkaniyadakı öz əlaltılarından Kosova və Bosniya və Herseqovinada ABŞ, NATO, və Avropa İttifaqına problem yaratmaq üçün istifadə edəcək”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:00 / 01.08.2022
Serbiya və Kosova arasında nə baş verir? – Brayza və Kozlariçdən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Serbiya və Kosova arasında nə baş verir? – Brayza və Kozlariçdən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Serbiya və Kosova arasında nə baş verir? – Brayza və Kozlariçdən ÖZƏL AÇIQLAMA
86477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.