BMT-nin Baş katibi Antonio Quterreş İraqda baş verən hadisələrlə əlaqədar bəyanatla çıxış edib. O, siyasi qüvvələri problemi danışıqlar yolu ilə həll etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Baş katib bəyanatında nəzərə çatdırıb ki, insanların azad toplaşmaq hüququ təmin edilməli və onların fikirləri nəzərə alınmalıdır.
Bununla yanaşı, A.Quterreş bildirib ki, İraqın siyasi partiyaları və dini qrupları bir araya gəlib milli hökumət yaradaraq böhrandan çıxmalıdırlar. Əks təqdirdə ölkəni anarxiya bürüyəcək ki, bunun da qarşısını almaq daha da çətinləşəcək. Siyasi böhrandan əziyyət çəkən xalq öz iradəsini sərbəst şəkildə ifadə etmək imkanına malik olmalıdır.
Artıq 3-cü gündür ki, İraqda hakimiyyət uğrunda davam edən mübarizənin nəticəsi olaraq ictimai-siyasi sabitlik pozulub. “Sədr” dini-siyasi hərəkatının üzvləri “Hikmət” partiyasının nümayəndəsi Məhəmməd Şia əl-Sudaninin Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edərək kütləvi aksiyalar keçirir.
Ötən gün aksiyaçılar İraq parlamentinin binasına daxil olaraq qanunverici hakimiyyətin işini dayandırıblar.
Hazırda İraqda bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Tərəflər iddialarında israrlı olduqlarını bildirir və qarşılıqlı güzəştə getməkdən imtina edirlər.
İraq mətbuatı yazır ki, ölkədə sabitliyin pozulması kənar dövlətlərin müdaxiləsinin nəticəsidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:51 / 01.08.2022
BMT-nin Baş katibindən İraqla bağlı AÇIQLAMA
Hazırda oxunan: BMT-nin Baş katibindən İraqla bağlı AÇIQLAMA
Hazırda oxunan: BMT-nin Baş katibindən İraqla bağlı AÇIQLAMA
86370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.