Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Hərbi Dəniz Gününü qeyd etmək üçün Sankt-Peterburqa gəlib. Dünən gecə o, müdafiə naziri Sergey Şoyqu və onun qızı Kseniya Şoyqu ilə Kronştadtda gəzintiyə çıxıb.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, tarixi parkı gəzərkən Kremlin sahibi xoşagəlməz halla qarşılaşıb.
Belə ki, “Qalalar adası”nın turizm və rekreasiya klasterinin yaradılması üzrə layihə ofisinin rəhbəri Kseniya Şoyqu ona məlumat verərkən ağcaqanad Putinin üzünün sağ tərəfini dişləyib.
O isə ağcaqanadı sol əliylə qovub.
Bu görüntülər Rusiyaya məxsus Telegram kanallarında trendə çevrilib.
Bizim.Media