İsrail müdafiə naziri Blinkenlə nəyi müzakirə etdi?

Hazırda oxunan: İsrail müdafiə naziri Blinkenlə nəyi müzakirə etdi?

86306

İsrailin müdafiə naziri Benni Qantz ABŞ dövlət katibi Entoni Blinkenlə ABŞ-ın rəhbərlik etdiyi regional müdafiə əməkdaşlığı, İranın nüvə danışıqları və Tehrana təzyiq, Livanla sərhədindəki vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, danışıq zamanı, həmçinin İordan çayının qərb sahilində və Qəzza zolağında sabitliyi təmin etmək üçün tədbirlər müzakirə olunub:

"Müdafiə naziri Benni Qantz bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə danışıb. Müzakirə zamanı ABŞ prezidenti Co Baydenin iyulun ortalarında İsrail və Səudiyyə Ərəbistanına səfərinin nəticələri, həmçinin ABŞ-ın rəhbərlik etdiyi regional müdafiə əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub. Tərəflər həmçinin İrana qarşı davam edən təzyiqləri və Tehranla nüvə sazişi üzrə danışıqları müzakirə ediblər. Bundan əlavə, İsrail və Livan arasında dəniz sərhədi ilə bağlı razılığın əldə olunmasının zəruriliyi və bu məsələdə ABŞ-ın həlledici rolu müzakirə edilib", - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin