Tarkan üsyan etdi: "Hər yer zibil içindədir..." - FOTO

Hazırda oxunan: Tarkan üsyan etdi: "Hər yer zibil içindədir..." - FOTO

86289

Türkiyəli müğənni Tarkan ətraf mühitin çirkləndirilməsi ilə bağlı etdiyi paylaşımla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında dəniz sahilində gördüyü xoşagəlməz mənzərənin fotolarını yayımlayaraq, insanların təbiətə vurduğu ziyanı pisləyib. 

"Bura Kilyosdur. Necə də gözəldir, elə deyilmi? Amma vəziyyət budur! Zibilini qoyub gedən insanlar və qalaq-qalaq tullantı içində olan çimərliklər... Bir zəhmət, zibilinizi də özünüzlə aparıb gedin, ya da gördüyünüz yerdə zibil qabına atın. Bu nədir, ayıbdır!

"Təmizlik imandan gəlir" kimi böyük sözlər işlədən millətik, amma nəticəyə baxanda hər yer zibil içindədir. Meşələrəmiz, dənizlərimiz, çimərliklərimiz, təbiətimiz tullantı içindədir. Heç kim də demir ki, bunları toplayaq, topladaq. İşin qəribə tərəfi də budur ki, bu vəziyyəti adiləşdirmişik. Zibil içində yaşamağı, təəssüf...

Təbiət bizim evimiz, hər şeyimizdir. Təbiət bizik. Bizə hər şeyi verən odur, ona həssas yanaşaq, onunla daha yaxşı rəftar edək" - deyə, Tarkan fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin