"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.
Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.
UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edəcək.
Qeyd edək ki, "Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:07 / 30.07.2022
UEFA-dan "Qarabağ"ın oyunu ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: UEFA-dan "Qarabağ"ın oyunu ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: UEFA-dan "Qarabağ"ın oyunu ilə bağlı YENİ QƏRAR
86254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.