Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.
Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci il tarixindən start verilib. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 29.07.2022
Bağçalara qəbulla bağlı 27 mindən çox valideyn elektron kabinet yaradıb
Hazırda oxunan: Bağçalara qəbulla bağlı 27 mindən çox valideyn elektron kabinet yaradıb
Hazırda oxunan: Bağçalara qəbulla bağlı 27 mindən çox valideyn elektron kabinet yaradıb
86123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.