Rusiyalı müğənni Filipp Kirkorov Moldovaya buraxılmayıb.
Bizim.Media xəbər verir ki, ona Moldova ərazisinə girişinə icazə verilmədiyi deyilib.
Məlumata görə, Kirkorov Moldova deputatı Marina Tauberin müxalif “Şor” partiyasını qeyri-qanuni maliyyələşdirməsi ilə bağlı məhkəmə işində əsas şahiddir.
Siyasətçinin bir qrup vəkilinin təkidi ilə o, ölkəyə dəvət edilib. Marina Tauber “Şor” partiyasının maliyyə hesabatında iyunun 19-da Kişinyovda kütləvi tədbirlərin təşkili xərcləri göstərilmədiyi üçün ötən həftə saxlanılıb. Həmin tədbirə Filip Kirkorov və Alişir Morgenştern dəvət olunmuşdular.
İfaçıların hər birinə 260 min dollar (442 min manat) ödənilib. Həmin gün konsert hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ləğv olunub.
Qeyd edək ki, Tauber isə deputat toxunulmazlığından məhrum edilib və 30 sutka müddətinə həbs olunub.
Rəşad Əliyev, Bizim.Media