Putin Təhlükəsizlik Şurasını topladı - Qarabağdan danışıldı

Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasını topladı - Qarabağdan danışıldı

8609

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. O, iclas iştirakçılarına 11 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ tənzimlənməsinə dair aparılan üçtərəfli danışıqların nəticələri barədə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İclasda Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri - Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Müdafiə naziri Sergey Şoyqu və digər rəsmilər iştirak ediblər.

"Azərbaycan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə sizə məlumat vermək istəyirəm",- Putin deyib.

Putin Xarici İşlər naziri Sergey Lavrovun da hesabatla çıxış edəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin