''Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi''.
Bizim.Media xəbər verir ki, bunu Şuşa şəhərinə səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi ermənilərin bu planlarını yarımçıq qoyub:
''Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər.
Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi.
“Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!''.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:06 / 15.01.2021
““Parlament” də gorbagor oldu, status da” - Prezident
Hazırda oxunan: ““Parlament” də gorbagor oldu, status da” - Prezident
Hazırda oxunan: ““Parlament” də gorbagor oldu, status da” - Prezident
8605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.