Əyninizə geydiyiniz paltarın rəngi GÜNÜN UĞURUNA necə təsir edir? – Psixoloqdan DETALLAR

Hazırda oxunan: Əyninizə geydiyiniz paltarın rəngi GÜNÜN UĞURUNA necə təsir edir? – Psixoloqdan DETALLAR

86041

Bəzən biz geyim seçərkən görünüşdən öncə onun rənginə diqqət edirik. Hərdən olur ki, istəmədiyimiz rəngdə olan paltarlar da alırıq. Anlıq baş verən bu seçim müəyyən mənada şəxsin özü də daxil, ətrafdakı insanların da əhvalına təsir göstərir. 
Mənfi və ya müsbət mənada insan psixologiyasına təsir edən rənglərlə bağlı psixoloqla danışdıq.

Psixoloq Gülnarə Abuzərovanın rənglərin uyğunluğu və insan psixologiyasına təsiri ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, açıq və tünd rənglərin insanın əhvalına təsiri müxtəlifdir:
 

MÖVZU İLƏ BAĞLI:

Psixoloqdan gizli SÖHBƏTLƏR: “Xəyanət edən kişilərlə qadınların sayı bərabərdir” – MÜSAHİBƏ


“İnsan var ki, daha çox diqqət mərkəzində olmağı sevir.Adətən belə insanlar geyimlərində əlvan və işıqlı rənglərə üstünlük verirlər. Hər hansı bir səbəbdən dolayı bədənində köklük sindromu olan insanlar isə nisbətən tünd rənglərdə özlərini daha rahat hiss edirlər. Hətta astroloqlar da, bürclərə uyğun olan rəngləri vurğulayaraq bir növ insanların hansı rəngdə rahatlıq tapa biləcəyini qeyd edirlər. Buğa bürcündən olan insanlar qırmızını, xərçəng mavi, şir narıncı, tərəzi tünd yaşıl rəngi sevir. Əkizlər isə göy qurşağının bütün rənglərini sevirlər. Oğlaq ağ-qara, dolçalar isə bənövşəyi rəngi sevirlər. Bir sözlə rəng seçimi insanın ruh halını ifadə edir”.

Psixoloqun ayrı-ayrı rənglərlə bağlı fikirlərini təqdim edirik:

“Qara


Biz qadınların ümumiyyətlə qara rəngə üstünlük verməsinin əsas səbəbi zəif görünməkdir. Bunu inkar etməyə ehtiyac yoxdur. İşin bu hissəsini bir kənara qoysaq, qara əslində gücün və səlahiyyətin rəngidir. Onu da unutmayın ki, qara sizi soyuq və əlçatmaz göstərə bilər. Məsələn, xüsusilə universitetin ilk günü kimi ilk təəssüratların vacib olduğu zamanlar başdan ayağa qara rəngi seçməməyə diqqət edə bilərsiniz.Qara rəngi çox yerlərdə matəm rəngi bilirlər. Eyni zamanda da, ciddiyyətdən xəbər verir.



Ağ məsumluğu, təmizliyi və saflığı simvollaşdırır. Diqqət etsəniz gəlinlik, həkim xalatı və hətta bir çox dərman qutuları üçün ağ rəngə üstünlük verildiyini görərsiniz, çünki rahatlıq və güvən verir. Qara kimi, hər şeylə uyğunlaşa bilməsi onu moda dünyasının sevimli rənglərindən birinə çevirir. Geyim seçimlərində ağ rəngdən daha çox istifadə edənlərin daha sabit, etibarlı və təmiz olduğu anlayışı ətrafa yayılır. Əslində, mütəxəssislər ağ rəngin insanları olduğundan daha gənc göstərdiyini və çox vaxt makiyajdan daha təsirli olduğunu deyirlər.Ağ rəng insanı sanki psixoloji cəhətdən sakitləşdirir.

Qırmızı

“Ehtiras” qırmızı rəngin başqa adıdır. Əslində qara rəng kimi, güc və qətiyyət simvoludur. Təbiətində bir az artıqlıq var. Sevgi, ehtiras, güc, qəzəb, macəra, şirnikləndirmə kimi hallar yarada bilir.Bildiyiniz və başa düşdüyünüz kimi, ən cəlbedici və təxribatçı rəngdir. Əsasən diqqəti cəlb etməyə uyğun olduğundan reklam materiallarında və ziyafət geyimlərində qadınlar çox vaxt bu rəngə üstünlük verirlər. Buna görə də, “Yeni il və ya Sevgililər Günü” kimi xüsusi günlərdə ağıla gələn ilk rəng qırmızıdır. Qırmızı rəng hərəkətliliyi, dinamizmi, xoşbəxtliyi, əzmkarlığı və qətiyyəti təmsil edir. Qırmızı rəngi geyinməyi sevən insanların çox vaxt iradəli, güclü və realist, fiziki xüsusiyyətləri ilə ön plana çıxmağı sevən insanlar olduğu ifadə edilir.
 

Qırmızını həmçinin qələbə və cəsarət rəngi də, hesab edirlər. Əgər biz dövlətlərin çoxunun əsas atributu olan bayraqların rənglərinə baxsaq, orada ya qırmızı rəng, ya da onun çalarları ilə qarşılaşacağıq. Təbii ki, bu təsadüfi deyil.


Sarı

Sarı xoşbəxtliyin, günəşin, işığın və yaradıcılığın rəngidir. Sarı geyinəndə cazibədar, dinamik olduğunuzu və diqqəti cəlb etmək istədiyinizi göstərirsiniz. Buna görə də, vurğulayıcı qələm və bloknotların rəngi olaraq sarıya çox vaxt üstünlük verilir. Əgər özünüzü ruhdan salırsınızsa və ya enerjiniz yoxdursa, sarı geyinməyə çalışın. Çünki insanlara sevinc və şövq bəxş etməsi ilə tanınan rəngdir.

Yaşıl

Yaşıl təbiətin simvolu olmaqla yanaşı, təvazökarlığın, genişliyin və zənginliyin simvoludur. İnsanlara dinclik, rahatlıq və güvən verən, yenilik, ümid, cavanlaşma və canlanma oyadan rəngdir. Əgər komanda işi tələb edən bir işlə məşğul olursunuzsa, paylaşma, səxavət və harmoniya simvolu olan yaşıl rəngdən istifadə etməlisiniz.Yaşıl sakit və hüzurverici bir rəngdir.

Mavi

Mavi rəng göyün və okeanın rəngi, sədaqət, sülh, əmin-amanlıq, sərinlik  ilə əlaqələndirilir. Açıq mavi yaradıcı, qavrayışlı, təxəyyüllü, bacarıqlı insanların rəngi olduğu halda, tünd mavi qətiyyətli, cəld, məsuliyyətli, müstəqil və nüfuzlu insanların seçimidir. Mavi geyindiyiniz zaman, şübhəsiz ki, ətrafınızdakı insanlara rahatlıq və dinclik hissi bəxş edəcəksiniz. Xüsusilə iş müsahibələri üçün hansı rəngin ən uyğun olduğunu soruşsanız, cavab mütləq mavi olacaq. Mavi soyuq və passiv bir rəngdir. Tünd göy rəng isə çox sərt və soyuq bir rəngdir. İnsanın diqqətini cəmləyən rənglər sırasındadır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin