Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisinə dair tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verib.
Bizim.Media bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 10 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 8,5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsinin 1.1 km ərazisi yararsız asfalt örtük, 7.4 km ərazisi isə torpaq əsasdan ibarət idi.
Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, hazırda yeni yol geyimi inşa edilir.
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda eni 1.5, uzunluğu 900 metr olan piyada səkisinin inşası aparılır.
Layihə çərçivəsində yolun1.5 km-lik Bankə–Beştalı ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri də nəzərdə tutulub. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 29.07.2022
Neftçalada bu yol yenidən qurulur
Hazırda oxunan: Neftçalada bu yol yenidən qurulur
Hazırda oxunan: Neftçalada bu yol yenidən qurulur
86040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.