“Azərbaycan Qarabağa yeni investisiyalar axtarışındadır” - Dövlət Departamenti

Hazırda oxunan: “Azərbaycan Qarabağa yeni investisiyalar axtarışındadır” - Dövlət Departamenti

86039

Azərbaycan Qarabağda intensiv döyüşlərə son qoyan 10 Noyabr bəyanatından sonra azad edilmiş rayonlara yeni investisiyalar axtarışındadır. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəddə qeyd olunub. 

“Bu ərazilərin minalardan təmizlənməsi yenidənqurma səylərinin bir parçası olaraq Azərbaycan hökuməti üçün prioritet olaraq qalır. Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidənqurması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayrılması nəzərdə tutulub” – deyə məlumatda qeyd olunub. 

Həmçinin bildirilib ki, bu vəsait yol, elektrik, qaz, su, kommunikasiya infrastrukturuna, təhsil və səhiyyə sektorlarına, həmçinin mədəni və tarixi abidələrin bərpasına istifadə ediləcək:

“Hökumət eyni zamanda, bu regionda “yaşıl enerji” layihələri həyata keçirməyi planlaşdırır. Bərpa işlərinin tikinti və əhalinin yenidən məskunlaşdırılması üçün sərf ediləcək xüsusi büdcə ayırmaları ilə qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Yenidənqurma səylərinin bir parçası olaraq bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin