Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyyatlar Mərkəzi (FED) iyulun 27-də uçot dərəcələrini 0,75 bəndində artırıb.
Bir çox ekspertlərsə vəziyyətin bu cür davam etməsinin dünya iqtisadiyyatında böhrana səbəb olacağı qənaətindədirlər.
Bəs, bu cür vəziyyət Azərbaycana necə təsir göstərəcək?
Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert Elman Sadıqov uçot dərəcələrinin artırılmasının enerji qiymətlərinə ciddi təsir göstərməyəcəyini bildirib:
“Dəfələrlə belə fikirlər irəli sürülüb ki, FED faiz dərəcələrini artırarsa, böhran olarsa neftin də qiyməti kəskin şəkildə aşağı düşəcək.
Lakin əvvəllər də qeyd etdiyim kimi, uçot dərəcələrin hazırki 2,25-2,5%-dən 3%-ə yüksəlməsi belə enerji bazarına ciddi təsir göstərməyəcək. Çünki bu əmtəələrin dünya bazarında qiymətlərinin formalaşması hal-hazırda dollarla yox, digər amillərlə (pandemiyanın növbəti dalğası riski, Rusiya Ukrayna savaşı və s.) bağlıdır”.
Dünya bazarlarında böhran baş verərsə, neft və qaza tələb aşağı düşəcəkmi?
“Bu, tələbin nisbətən aşağı düşməsinə səbəb olsa belə, qiymətlərin kəskin enişinə səbəb olmayacaq. Çünki göründüyü kimi, FED faiz dərəcəsini artırsa da, qaz qiymətləri 2500 dollara çataraq tarixi rekordunu vurdu. Deməli, səbəblər fərqlidir.
Ona görə də, FED-in qərarı və dünya iqtisadiyyatındakı böhran enerji qiymətlərinin çöküş yaşayacağı demək deyil. Enerji qiymətlərinin çöküş yaşamaması isə Azərbaycan iqtisadiyyatında mənfi təsirlərlə yadda qalmayacaq.”
Elman Sadıqov önümüzdəki illər üçün Azərbaycan iqtisadiyyatıyla bağlı proqnozlarını da açıqlayıb:
“2022-2023-cü illəri əhatə edəcək böhran (2024-ə qədər davam edə bilər) ciddi təsir göstərəcəyi ölkələr olacaq. Lakin bu vəziyyətdən qazanan, böhrandan sonra daha güclü iqtisadiyyata malik bir neçə ölkə olacaq.
Faydalana biləcək ölkələrdən biri də Azərbaycandır. Çünki, mənə elə gəlir ki, bu böhran daha çox kontrollu məsələdir. Və hal-hazırda dünya bazarlarında oyunçuların dəyişdiyinin şahidi oluruq.
Xüsusən də, Qazpromun çıxıb, yerinə digər ölkələrin payının artıdığını görürük. Bu cür vəziyyət bütün sektorlarda, o cümlədən ərzaq, qiymətli metallar bazarında da baş verir.
Azərbaycanın da bu dəyişiklikdə önəmli rolu olacaq. Təkcə əmtəə məsələrində deyil, həm də logistikada. Çünki artıq Rusiyanın siyasəti iqtisadiyyatın üzərinə qoyaraq hərəkət etməsi bir çox Asiya ölkələrini Avropa bazarına çıxmaq məsələsində narahat edir. Bu səbəbdən bütün dünyada qoyulan məsələ tranzit yollarının Rusiyadan asılı olmadan inkişaf etdirilməsidir. Burada da Azərbaycan önəmli rol oynayır”.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:30 / 29.07.2022
“Azərbaycan dünya böhranından faydalanacaq ölkələr siyahısındadır” – Elman Sadıqovun ŞƏRHİ
Hazırda oxunan: “Azərbaycan dünya böhranından faydalanacaq ölkələr siyahısındadır” – Elman Sadıqovun ŞƏRHİ
Hazırda oxunan: “Azərbaycan dünya böhranından faydalanacaq ölkələr siyahısındadır” – Elman Sadıqovun ŞƏRHİ
85960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.