Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi dəyişib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.
Komissiyanın həmsədri bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.
Sərəncama əsasən, Komissiyanın sədri bundan sonra Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini olacaq. İndiyə qədər komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncama ilə edilmiş dəyişiklik barədə Belarus Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:32 / 28.07.2022
Əli Əhmədova yeni vəzifə verildi
Hazırda oxunan: Əli Əhmədova yeni vəzifə verildi
Hazırda oxunan: Əli Əhmədova yeni vəzifə verildi
85951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.