Azərbaycanın prioriteti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır - RƏSMİ

Hazırda oxunan: Azərbaycanın prioriteti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır - RƏSMİ

85880

"Azərbaycan erməni işğalından azad etdiyi torpaqlarda biomüxtəlifliyin bərpası istiqamətində tədbirləri davam etdirir".

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Brüsseldə yerləşən "EUobserver" onlayn qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın prioriteti işğaldan azad edilmiş torpaqların, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi


"İlk növbədə, ərazilər minalardan təmizlənməlidir ki, bu da zəhmət və vaxt tələb edən işdir. Keçən ay Zəngilanda Bəsitçay və Həkəri çaylarına forel körpələrini buraxmışıq. Həm də Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar tingləri əkmişik. Bu çinarlar işğal müddətində məhv edilmiş nadir şərq çinarlarını əvəz etməlidir”, - deyə nazir bildirib.

M.Babayev qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri bərpa etməklə, həm də iqlim dəyişikliyinin təsirlərini azaltmaq imkanından istifadə edir və “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” strategiyasına uyğun olaraq 2050-ci ilə qədər bu torpaqları sıfır tullantı zonasına çevirməyə çalışır.

Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat”ın qurulmasına yönəlmiş belə təşəbbüslərdən biri də “ağıllı” şəhər və kəndlərin yaradılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin