Azərbaycanın 1 nömrəli ticarət partnyoru hansı ölkə oldu? – 2 SAHƏ ÜZRƏ

Hazırda oxunan: Azərbaycanın 1 nömrəli ticarət partnyoru hansı ölkə oldu? – 2 SAHƏ ÜZRƏ

85869

Nəhayət Türkiyə Azərbaycanın ən böyük ticarət partnyoruna çevrildi. Artıq qeyri-neft məhsullarının ixracatında Türkiyə ölkəmiz üçün birinci sırada yer alıb.

Bu ilin 5 ayının yekunlarına əsasən isə Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 11.9 faizlik payla ikinci yerdədir. İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37.4 %). Lakin qeyri-neft sektorunda Türkiyənin ticari payı 32 faizdir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Vüqar Bayramov qeyri-neft ixracatımızda Türkiyənin ilk sırada olmasını belə izah edib:  
 

MÖVZU İLƏ BAĞLI:

“Avropanın ən doğru loqistikası Azərbaycandan keçir” – Üç türk dövlətinin Bakı Bəyannaməsinin ŞƏRHİ 


“Ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracatımızda birinci olsa da artıq Türkiyə öndədir. Belə ki, ötən ilin yekunlarında qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22.2 faizə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycana neftdən kənar ixracatdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür”.

Tanınmış iqtisadçı onu da əlavə etdi ki, “iki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir. Bu da iqtisadi əlaqələrin inkişafında strateji mütəffiqlik üçün vacib şərtlərdəndir”.

Qeyd edək ki, əsas məqsəd 2030-cu ilə qədər iki qardaş ölkə arasında ticari əlaqəni 30 milyard dollara çatdırmaqdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin