Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir. Səfər Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında hərbi dənizçilərimizin təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
Bizim.Media