“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix”lə üz-üzə gəlib.
Matçın əsas vaxtı 2:1 "Sürix"in qələbəsi ilə başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" əlavə vaxtda hesabı bərabərləşdirdi - YENİLƏNİB
Lakin ümumi hesab 4:4 olduğu üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda hesabı bərabərləşdirən "Qarabağ" ümumi nəticədə 5:4 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qollar: Maksim Medvedev, 4-avtoqol (1:0), Kadi Borqes, 50 (1:1), Santini, 90+5 (2:1), Ovusu Kvabena, 98 (2:2)
Bizim.Media