TƏBİB 26 gün gizlədilən körpənin ölüm səbəbini AÇIQLADI 

Hazırda oxunan: TƏBİB 26 gün gizlədilən körpənin ölüm səbəbini AÇIQLADI 

85765

Xəbər verdiyimiz kimi Bakıda ağır beyin travması ilə doğulan və 26 gün komada qalan körpə ötən gün dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) körpənin ölüm səbəbi ilə bağlı açıqlama verib. 

Qurumdan saytımıza bildirilib ki, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub. Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmamazlığı  qeydə alınıb:

“Körpə Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub. Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub. 26 gün şöbədə kliniki, laborator, funksional müayinələrdən keçib. Kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Poliorqan çatmamazlığı nəticəsində tələf olub. Ölüm diaqnozu ağır asfiksiya, neonatal koma, III dərəcəli mədəcik daxili qansızma, qıcolması, ketalohematoma olub. Meyit təşrihə verilib. Patomorfologiya müayinəsi nəticəsində ölüm səbəbi dəqiq məlum olacaq”.

Qeyd edək ki, körpə bu gün dəfn olunub.  Ailənin bildirdiyinə görə Patomorfologiya müayinəsi nəticəsində körpənin ölüm səbəbi 21 gün müddətində bəlli olacaq.

Körpənin xalası Aynurə Əsədbəylinin iddiasına görə ekspertiza həkimlərinin ilkin rəyinə görə uşaq əslində  3 gün əvvəl dünyasını dəyişib. 

Xatırladaq ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Ailənin iddiasına görə Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə başından zədə və ağır travmalar alıb.
Nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb. Ötən gün məsələ Bizim.Media-da ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin