Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərindən ibarət daha 65 şəxs peşə hazırlığı kurslarına cəlb edilib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, kurslar əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunub.
Peşə hazırlığına cəlb olunan işsiz şəxslərə kurs keçdiyi dövrdə Agentlik tərəfindən minimum əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir. Peşə kurslarını başa vuranların isə məşğulluğunun təmin olunması işləri aparılır.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti kimi şəhid ailələri və müharibə iştirakçılarından ibarət 13,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:03 / 27.07.2022
Neçə qazi və şəhid ailəsi üzvü peşə hazırlığına cəlb edilib?
Hazırda oxunan: Neçə qazi və şəhid ailəsi üzvü peşə hazırlığına cəlb edilib?
Hazırda oxunan: Neçə qazi və şəhid ailəsi üzvü peşə hazırlığına cəlb edilib?
85738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.