Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayılda səfərdə olub.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter“də paylaşım edib.
Səfir “SafeLane Global” şirkətinin və “Qaya Safety Solutions” MMC şirkətinin düşərgəsini ziyarət edib və orada həyata keçirilən mühüm minatəmizləmə əməliyyatları ilə tanış olub.
“Mən həm də minaların harda olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum!”, - deyə səfir paylaşımında qeyd edib.
Qeyd edək ki, "Qaya Safety Solutions" beynalxalq təcrübəyə malik Britaniya minatəmizləmə şirkəti olan "Safalane Global" MMC ilə əməkdaşlıq edir.
Bizim.Media
Bu gün ?? @SafeLaneGlobal-ın düşərgəsini və həmkar ??Qaya Safety Solutions şirkətini #Cəbrayıl-da ziyarət etdim və orda həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum.
— James Sharp (@JamesSharpFCDO) July 27, 2022
Mən həm də minaların harda olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum! ? pic.twitter.com/jVSh5ekIQ4