Ermənistanda “Rus mediasına və rus məktəblərinə yox” KAMPANİYASI BAŞLADI

Hazırda oxunan: Ermənistanda “Rus mediasına və rus məktəblərinə yox” KAMPANİYASI BAŞLADI

85718

İyunun 9-da İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi erməni tərəfdaşlarının xahişi ilə Ermənistanda rus məktəblərinin sayını artırmaq qərarına gəlib. Mirzoyan Lavrovun bu bəyanatına heç bir reaksiya verməyib.

Bizim.Media "aravot-ru.am" saytına istinadən xəbər verir ki, Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini yalan danışmaqda ittiham edib. 

“Birbaşa baş nazir Paşinyana sual verdim ki, belə bir şey olub, ya yox. Mən Lavrovdan sitat gətirə bilmərəm, çünki bu, rəsmi bəyanat deyildi, amma dəqiq deyə bilərəm ki, bu, yüksək rütbəli rus məmurunun ağzından çıxan bir yalandır”, deyə o, qeyd edib.

Xzmalyanın sözlərinə görə, Ermənistanda “Rusiya mediasına və rus məktəblərinə yox” adlı yeni siyasi-ictimai təşəbbüs fəaliyyətə başlayır.

Bu təşəbbüs “Ermənistan dövlətinin sərhədləri erməni məktəblərindən başlayır” şüarı altında olacaq. Görüş Mesrop Maştoçun abidəsi önündə baş tutub, bundan sonra təşəbbüs iştirakçıları Maştoçun məzarını ziyarət ediblər. 

Partiya sədri deyib ki, Ermənistan cəmiyyəti, ziyalıları və vətəndaş cəmiyyəti iki böyük təhlükənin reallaşmasının qəti əleyhinədir.

“Birincisi, rusdilli rəsmi məlumatların, telekanalların, eləcə də müxtəlif saytların pulsuz yayılması, ilk olaraq Ermənistan efirinə qarşı bir hücumdur. Onlar burada raşist, Putinist, eləcə də insanlara, həm də ermənilərə nifrət edən təbliğatçı kimi çıxış edirlər. Biz isə belə şəxslərin ölkəmizdə varlığını və mövcudluğunu qəbul edə bilmərik.

Rusiya rəsmilərinin dediyi kimi, biz məktəb proqramlarında rus dilinin tədrisini genişləndirməyin və rus məktəblərinin sayının artırılmağının qəti əleyhinəyik. Biz bu iki pisliyə qarşı ictimai, siyasi və sosial təşəbbüsə başlayırıq”, - deyə Xzmalyan bildirib.
Təşəbbüsün üzvü, etnoqraf Hranuş Xaratyanın fikrincə, Ermənistanda rus məktəblərinin sayının artırılması ideyası “ölkəmizə, mədəniyyətimizə və xalqımıza” növbəti siyasi hücum olacaq. O, hesab edir ki, başqalarına qarşı tam dözümsüzlük ideyalarını gizli şəkildə təbliğ etmək məqsədi daşıyan müxtəlif telekanallarda davamlı olaraq yayımlanan filmlər, müzakirələr, təhlillər Ermənistanda baş verməməlidir.

“Ermənistanın siyasi təzyiq altında öz mədəni oriyentasiyasını seçməsi fikri ciddi ictimai müqavimətlə üzləşməlidir.

Xüsusilə dil məsələsindən danışmaq istərdim. Bu dünyada heç bir dil əhəmiyyətsiz sayıla bilməz. Bizim üçün rus dili vacib dillərdən biridir və cəmiyyətimiz bunu öyrənməli, bilməlidir, lakin bu, bizim cəmiyyətin seçimi olmalıdır. İstənilən dil, onun statusu, miqyası bizim gündəmimizdən gəlməlidir, bizə zorla sırınmamalıdır. İstənilən siyasi məcburiyyət əlavə problemlər gətirəcək. Cəmiyyətimiz isə siyasi təzyiq altında, siyasi motivlərlə, siyasi məcburiyyətlə üzərimizə qoyulan hər hansı qərarı qəbul etməməlidir”, - Xaratyan bildirib.

Hranuş Xaratyan xatırlayır: “Rusiyanın ən mühüm universitetlərində onilliklər ərzində arzu edənlər üçün erməni dili öyrədilir. Ancaq hər gün bu tədris ixtisar olunur, hətta erməni dili kafedraları bağlanır və onları qorumaq üçün Ermənistandan əlavə maliyyə vəsaiti tələb olunur”.

“Öz ölkəsinin xalqlarının mədəniyyətinə dözümsüzlüklə yanaşan Rusiya ksenofobiyanı təbliğ edir, öz varlığını hər kəsin hesabına sübut etməyə çalışır.

Belə bir ölkə dili ilə ölkəmizə müsbət dəyərlər gətirə bilməz. Bəli, Ermənistanda rus dili lazımi səviyyədə öyrənilməlidir, amma bu, tədrisin həcmindən yox, tədris metodundan asılı olmalıdır. Bu, ölkəmizə, mədəniyyətimizə, xalqımıza qarşı növbəti siyasi hücum olacaq”.

Təşəbbüsün iştirakçısı, bəstəkar Ruben Haxverdyan da öz növbəsində qeyd edib ki, insan dilini itirəndə simasını itirir, ona görə də bu problem indi ermənilər üçün daha vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin