“Qərb mediası daha çox Lavrovun açıqlamalarına yer verir” - Cozep Borrell ŞİKAYƏT etdi

Hazırda oxunan: “Qərb mediası daha çox Lavrovun açıqlamalarına yer verir” - Cozep Borrell ŞİKAYƏT etdi

85693

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell diqqəti Qərb mediasının bəzən onun verdiyi açıqlamaları tirajlamamasına, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərini isə yaymasına diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bu barədə “Cadena SER” radiostansiyasına müsahibəsində danışıb.

Onun sözlərinə görə, media daha çox “düşmən”in sözlərinə yer ayırır, sanki bu, bir tendensiyadır.

“Lavrov Afrikaya gedir və deyir ki, problemin günahkarı Avropa sanksiyalarıdır. Bütün Qərb mətbuatı bunu təkrarlayır. Mən bunun əksini söyləmək üçün Afrikaya gedirəm, heç bir media bu məlumatı tirajlamır”, - Borrell vurğulayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrikaya səfəri ABŞ-da panikaya səbəb olub və amerikalı diplomatlar başqa ölkələrdən olan həmkarlarından Lavrovla şəkil çəkdirməməyi xahiş etməyə başlayıblar. Zaxarova hesab edir ki, ABŞ bu yolla Rusiyanın dünyadan təcrid olunmuş imicini saxlamaq üçün “informasiya dəliklərini tutmağa” çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin