Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.
AQTA-dan Bizim.Media-ya bildirilib ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19,16 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır", - Agentlikdən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 27.07.2022
İstehlaka yararsız 19 ton süd məhsulu məhv edildi
Hazırda oxunan: İstehlaka yararsız 19 ton süd məhsulu məhv edildi
Hazırda oxunan: İstehlaka yararsız 19 ton süd məhsulu məhv edildi
85617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.