Bu il I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 217 milyon manat kredit verilib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24 % artaraq 188,3 milyon manata çatıb.
Ötən 6 ayda İKZF istiqraz buraxmaqla 130 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:41 / 26.07.2022
Dövlət xətti ilə ipoteka kreditləşməsi 7 % artıb
Hazırda oxunan: Dövlət xətti ilə ipoteka kreditləşməsi 7 % artıb
Hazırda oxunan: Dövlət xətti ilə ipoteka kreditləşməsi 7 % artıb
85553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.