Nazirlikdən tikinti fəaliyyəti subyektlərinə MÜRACİƏT 

Hazırda oxunan: Nazirlikdən tikinti fəaliyyəti subyektlərinə MÜRACİƏT 

85522

Fövqəladə Hallar Nazirliyi tikinti fəaliyyəti subyektlərinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir.

Müraciətdə deyilir: 

"Ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin (Azərdövləttikintikom) 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilib 1 yanvar 2000-ci ildən qüvvəyə minmiş AzDTN 1.6-1* “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” Dövlət Tikinti Normaları Fövqəladə Hallar Nazirliyinin müvafiq Qərarı ilə ləğv edilib və ölkə ərazisində hüquqi qüvvəsini itirib. 

Nazirliyin digər Qərarı ilə AzDTN 1.6-2* “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda (2015-ci ildən tətbiq edilir) zəruri dəyişikliklər edilib və normalara tikintinin təşkili və aparılması ilə bağlı müxtəlif icra sənədlərinin (aktların, jurnalların və s.) nümunələri daxil edilib. 

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hazırda AzDTN 1.6-2* normaları tikinti işlərinin başlanması, təşkili və aparılması üzrə prosedurları tənzimləyən normativ sənəd olaraq tətbiq edilməkdədir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin