Dopinqdən istifadə etmiş Azərbaycan idmançıları kimlərdir?

Hazırda oxunan: Dopinqdən istifadə etmiş Azərbaycan idmançıları kimlərdir?

85517

Bu il dopinqdən istifadə etməsi təsdiqlənmiş Azərbaycan idmançılarının sayı bəlli olub. 

Bizim.Media xəbər verir ki, onların sayı 7 nəfərdir. 

2019-cu ildə hərbçi idmançılar arasında keçirilmiş VII Dünya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Mikayıl Rəhmanov 4 illik cəzalandırılıb. 

Report.az-ın məlumatına görə, ötən il Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında gümüş medal qazanmış Kamran Lazımov və bürünc mükafatçı Aydın Hümbətov müvafiq olaraq 4 və 8 illik cəza alıb.

Hümbətovun cəzasının çoxluğu 3 antidopinq qayda pozuntusuna yol verməsi və "idmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi"nin olması ilə bağlıdır. 

Karateçi Arzu Hüseynova da 4 illik cəzaya məhkum edilib. Basketbolçu Valeri Ramazanov və yanvarda keçirilmiş boks üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Elməddin İsmayılov 2 illik cəzalandırılıb. 

Həmçinin, karatenin kata növündə əvvəllər Azərbaycanı təmsil etmiş İran əsilli Neda Rezayi 4 illik cəza alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin