Dağlıq Qarabağda Rusiya sülhməramlıları koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vaksinləməni Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri aparır.
“Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozu xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”,- deyə məlumatda bildirilib.
Vaksinasiya iki mərhələli olacağı vurğulanıb. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar.
Bizim.Media