"Tesla" Bitkoinə görə 170 milyon dollar vəsait itirdi

Hazırda oxunan: "Tesla" Bitkoinə görə 170 milyon dollar vəsait itirdi

85409

ABŞ-ın "Tesla" elektromobil şirkəti bitkoinin ucuzlaşması ilə əlaqədar 2022-ci ilin ilk yarısında təxminən 170 milyon dollar vəsait itirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, "Tesla" 2021-ci ilin əvvəlində Bitkoinə 1,5 milyard vəsait yatırmışdı. Hazırda şirkətin kriptovalyutada olan aktivlərinin 75 faizini dollara çervirdiyi bildirilib.

Hazırda "Tesla"nın Bitkoin aktivlərinin dəyəri 218 milyon dollar təşkil edir ki, əvvəlki rüblərdə bu göstərici 1,2 milyard dollara bərabər idi.

2022-ci ilin ikinci rübündə şirkət 2,26 milyard dollar mənfəət əldə edib. Bu, birinci rüblə müqayisədə 31 faiz azdır.

Qeyd edək ki, iyun ayında Bitkoinin qiyməti 2020-ci ilin noyabrından bəri ilk dəfə 19 min dollardan aşağı düşüb. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin