Bir neçə gün bundan öncə Bakı-Sumqayıt yolunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “BMW i8” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.
Bizim.Media xəbər verir ki, qəzaya səbəb olan şəxs - ““BMW i8” avtomobilini idarə edən tanınmış iş adamı, “Progress” MTK-nin rəhbəri Emil Səməndərovdur.
Demokrat.az-ın məlumatına görə, E.Səməndərov qəza nəticəsində ciddi xəsarətlər almayıb.
Məlumat üçün bildirək ki, E.Səməndərov qazilərin evini bir neçə şəxsə satması ilə gündəmə gəlmişdi.
Belə ki, MTK rəhbəri Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yanında 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur - onun bir evi bir neçə nəfərə satdığı üzə çıxmışdı.
Bizim.Media

