Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artdı

Hazırda oxunan: Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artdı

85354

Bu ilin I yarısında Azərbaycanda ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 9,9 milyard manata çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, 6 ayda ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz bəndi artaraq 40.4% olub.
Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2,8 dəfə artaraq 7,4 milyard manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2,5 milyard manata yüksəlib.

Təmassız ödənişlərin sayı və məbləği isə 1 il əvvəlki dövrünün göstəricilərini müvafiq olaraq 2,8 və 2,1 dəfə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin