"Ağalı sakinləri işlə təmin ediləcək" - Prezidentin xüsusi nümayəndəsi 

Hazırda oxunan: "Ağalı sakinləri işlə təmin ediləcək" - Prezidentin xüsusi nümayəndəsi 

85349

“Ağalı kəndində son 5-6 gündə 41 ailə məskunlaşıb”.

Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ailələr artıq evlərindədir və bu gün növbəti 11 ailə də öz evlərinə gələcək, evlərinin açarları onlara təhvil veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ağalıya 4-cü köç karvanı yola salındı – 1-ci mərhələ başa çatdı - FOTO


“Bütün infrastruktur hazırdır. Xidmət şəbəkələrinin hamısı mövcuddur. Burada 360 şagird yerlik məktəb, uşaq bağçası, 10 tibb işçisinin çalışdığı tibb mərkəzi var. Məşğulluqla bağlı hazırlıq işləri görülür.

Bilirəm ki, ən əsas məsələ budur. Onu demək istəyirik ki, heç kim narahat olmasın. Kifayət qədər iş yeri mövcuddur. Növbəti həftələrdə işəgötürmə ilə əlaqədar sakinlərdən müsahibələr götürüləcək. Hamı işlə təmin ediləcək. Hazırda planlama işləri həyata keçirilir. Yəqin ki, bir neçə aydan sonra növbəti köçürmə həyata keçiriləcək”, - Vahid Hacıyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin