15 yaşlı qızı döyən Rasilə Əliyeva haqda daha bir İDDİA – “Xidməti otağında məni şillə-təpik altına saldı” - ÖZƏL

Hazırda oxunan: 15 yaşlı qızı döyən Rasilə Əliyeva haqda daha bir İDDİA – “Xidməti otağında məni şillə-təpik altına saldı” - ÖZƏL

85335

15 yaşlı yeniyetməni döydüyü üçün Lənkəran icra başçısı müavini vəzifəsindən kənarlaşdırılan və barəsində cinayət işi açılan Rasilə Əliyeva haqda daha bir iddia irəli sürülüb. 

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran regional bölməsinin işçisi Elşən Məlikov Bizim.Media-ya müraciət edərək Rasilə Əliyeva tərəfindən təhdid olunduğundan şikayətlənib.

Həyatının təhlükə altında olduğunu vurğulayan şikayətçinin dediyinə görə, 2 ildir Rasilə Əliyeva ondan əl çəkmir və əlaltıları vasitəsilə “səni öldürtdürəcəyəm” deyə təhdidlər alır:

“Mən Lənkəran-Astara Regional Məşğulluq Filialında fəhlə kimi çalışırdım. 2020-ci ildə Rasilə Əliyeva məni yanına çağırıb tələb etdi ki, Lənkəran-Astara Regional Məşğulluq Filialında baş verən hər şey barədə onu məlumatlandırmalıyam.
 

MÖVZU İLƏ BAĞLI:

Rasilə Əliyeva haqda daha bir İTTİHAM – “Erkən nikahın razılığı üçün 4 min alırmış”


İmtina etdim. 3 min manat təklif etdi, yenə də razılaşmayıb getdim. Həmin ilin mart ayı idi. Rasilə Əliyeva yenidən məni yanına çağırdı və xidməti otağında fiziki təzyiqlər göstərdi.

Lənkəran-Astara Regional Məşğulluq Filialının rəhbəri Ramin Nəcəfov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev, Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsinin rəhbəri Polad İmaməliyev, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Günəş Quluzadə və adlarını unutduğum bir neçə şəxsin gözünün qarşısında məni şillə-təpik altına saldı.

Ayın 17-si isə tapşırığı ilə işdən çıxarıldım. Sonra təhdid və təzyiqlər başladı, başıma min bir oyun gətirdilər. Respublika Prokurorluğuna döyülmə faktı ilə bağlı müraciət etdim. Üst qurumlara qədər məktublar göndərdim. Heç bir əhəmiyyəti olmadı.

Bunlardan xəbər tutan Rasilə Əliyeva əlaltısı və “qardaşı” Polad vasitəsilə təhdidləri çoxaltdı. Polad hər dəfə məni görəndə maşınını saxlayıb “Rasilə səni tutduracaq, öldürtdürəcək” deyir. Rasilə Əliyeva mənə “get intihar et, nə qədər mən Lənkərandayam, sən gərək burda yaşamayasan” deyə təzyqlər edir”.

Elşən Məlikovun sözlərinə görə işdən çıxarılandan sonra bir neçə yerə baş vurub. Nəhayət Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran regional bölməsinə çətinliklə də olsa işə düzəlib:

“Sağ olsun müəssisənin rəhbəri Samit müəllim məni işə götürdü. Rasilə Əliyevanın isə hədə-qorxuları, ölümlə təhdidləri bitmir. İndi də davam edir. Ötən gün Polad İmaməliyev avtomobilini yanımda saxlayaraq “Baxmayaraq ki, Rasilə Əliyevanı işdən çıxartdılar, barəsində cinayət işi açıldı, amma o, içəriyə getməyəcək və səni öldürtdürəcək.

Onun arxasında Taleh Qaraşov dayanıb. Onu da deyim ki, Rasilə Əliyevanın bütün qurumlarda və məktəblərdə adamları var. Mən onları bildiyim və haqsızlıqları gördüyüm üçün o, narahatdır. İstəyi də odur ki, bunları görməyim və eşitməyim. Ailəm də bu basqılardan yorulub məndən üz döndərdi və boşandıq. Artıq yorulmuşam və hər an özümü öldürmək istəyirəm.
Onun əlindən Lənkəranda yaşamaq qeyri-mümkündür. Polad hər gün xəbər göndərir ki, ya ölməlisən, ya da narkotiklə həbs olunacaqsan. Həyatım təhlükə altındadır. İstəyirəm ki, Lənkəran polisi məsələni nəzarətə götürsün”, - deyə şikayətçi əlavə edib.

Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin