M.Şəntop: “Həmsədr dövlətlər Ermənistana silah yardımı edirlər”

Hazırda oxunan: M.Şəntop: “Həmsədr dövlətlər Ermənistana silah yardımı edirlər”

Özət:
  • Silahları Ermənistana bağışlayırlar
853

“Dünya dəyişir, müharibə cinayətlərini törədənlər cəzalandırılır. Xocalı soyqırımı olanda dünyada bir sistemsizlik vardır. Artıq Xocalı soyqırımının olduğu dünyada yaşamırıq, başqa dünyada yaşayırıq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop  deyib.

TBMM sədri  ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı etdiyini vurğulayıb: “Bu silahları Ermənistan almır, bu silahlar onlara bağışlanır. Siz Ermənistana silah verirsinizsə, bu münaqişəni necə həll edə bilərsiniz? Yəni 30 il ərzində münaqişəni həll etmək nəticə vermədi deyil, belə niyyətləri olmayıb. ABŞ Dövlət katibi deyir, ümid edir ki, Ermənistan torpaqlarını müdafiə edər. O, yəqin ki, tarixi və coğrafiyanı bilmir”.-deyə o qeyd edib.  M. Şəntop  bildirib ki, Azərbaycan həmsədrlərin 30 il apardığı müzakirələr nəticəsiz qaldığı üçün hərəkətə keçıb. O. Deyib ki,  sülh yolu ilə, yaxud Azərbaycan Ordusu tərəfindən torpaqların işğaldan azad ediləcəyinə inanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin