Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Xerson vilayətində bir neçə nəqliyyat infrastrukturu obyektini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə iyulun 25-də səhər saatlarında Xerson vilayət rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Kalinovskaya icmasının Suxoy Stavok, Andreyevka, eləcə də Böyük Aleksandrovskaya icmasının Davidov Brod, Beloqorka, Bruskinskoe kəndlərində irəliləməsinə imkan verməyib.
Qeyd edilib ki, Berislav və Kaxov rayonlarının digər kəndlərində vəziyyət ağırdır.
Vilayət administrasiyasının məlumatına görə, orada döyüş əməliyyatları davam edir: “Böyük təzyiqlərə, təhdidlərə və yolların kəsilməsinə baxmayaraq, rayon sakinləri müharibənin bütün 5 ayı ərzində öz vətənpərvərlik mövqelərini nümayiş etdirirlər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:21 / 25.07.2022
Xerson vilayətində ukraynalılar bir sıra obyektləri nəzarətə götürdülər
Hazırda oxunan: Xerson vilayətində ukraynalılar bir sıra obyektləri nəzarətə götürdülər
Hazırda oxunan: Xerson vilayətində ukraynalılar bir sıra obyektləri nəzarətə götürdülər
85295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.