Əminədən ETİRAF: "Öz qiymətimi bilən qadınam" – VİDEO

Hazırda oxunan: Əminədən ETİRAF: "Öz qiymətimi bilən qadınam" – VİDEO

85293

“İçimdə çox böyük sevgi var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin “Maqazin Plyus” verilişinə müsahibəsində deyib. 

Növbəti dəfə ailə quracağından söz açan sənətçi özünü öyərək qiymət və dəyərini bildiyini dilə gətirib: 

“Ailə quracağım bir kişi ilk növbədə cəsarətli olmalıdır. İstər qadın, istər kişi olsun, ümumiyyətlə cəsarətsiz insana insan gözü ilə baxmıram. İnsan cəsarətli, ürəkli olmalıdır. Gözəl söz var: “Öz səhvlərimin belə arxasındayam”.
Biri var, öz qiymətini bilən qadın, biri də var, öz qiymətini deyən qadın. Bu iki qadın arasında çox böyük fərq var. Mən öz qiymətimi bilən qadınam. Yanımda olan insan da mənim qiymətimi bilməlidir”. 

Qeyd edək ki, Əminə Şirin illər əvvəl evli olduğu Kazım Canla qalmaqallı şəkildə ayrılıb. Keçmiş cütlüyün bir qızı var.

Müğənni, həmçinin müsahibələrin birində “Evləndiyim insan cəzaçəkmə müəssisəsində məhbus idi. Toyum həbsxanada olub. Gəlinlik libası geyinmişdim” açıqlaması ilə gündəmə səs salmışdı.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin