"Huawei" şirkəti Çinin şərqindəki Tyanşi əyalətində "ağıllı yol" layihəsini sınaqdan keçirir.
Bizim.Media xəbər verir ki, 4 kilometr uzunluğundakı hissə pilotsuz avtomobillərin hərəkəti üçün nəzərdə tutulub.
Sınaq çərçivəsində həmin yolda özü idarə olunan avtobuslar hərəkətə edir. Avtobuslar təkcə öz sistemi tərəfindən idarə olunmur. Nəqliyyat vasitələri həm də yol boyunca yerləşdirilən radar, kamera və digər avadanlıqlardan yolun vəziyyəti barədə məlumat əldə edir.
Beləliklə, "ağıllı yol" daim pilotsuz avtomobillə əlaqədə olur.
Qeyd edək ki, Çin hökuməti 2025-ci ilədək yollarda avtomatik idarə olunan avtomobillərin sayını artırmağı planlaşdırır. (Ted.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:15 / 15.01.2021
Bu avtomobillər üçün nəzərdə tutulan "ağıllı yol" sınaqdan keçirilir
Hazırda oxunan: Bu avtomobillər üçün nəzərdə tutulan "ağıllı yol" sınaqdan keçirilir
Hazırda oxunan: Bu avtomobillər üçün nəzərdə tutulan "ağıllı yol" sınaqdan keçirilir
8524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.