“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi heyətə ünvanlanan təbrik məktubunda yer alıb.
“Xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müasir mütəşəkkil Azərbaycan Ordusu Ulu Öndərin ənənələrini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək qalib ordu səviyyəsinə yüksəlib. Respublikamızın müstəqilliyinin təminatçısı olan Ordumuz bu gün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.
Sizin sıralarınızda böyük döyüş təcrübəsinə malik yüzlərlə müharibə iştirakçısı vardır. Onlar respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəallıq göstəriblər.
İnanıram ki, siz göstərilən etimadı doğruldaraq bu qəhrəmanlıq və şücaət nümunələrindən bəhrələnəcək, şanlı döyüş tariximizə yeni parlaq səhifələr yazacaqsınız.
Hərbi hissənin yaradılmasının birinci ildönümü münasibətilə sizi təbrik edərək hər birinizə şəxsi həyatınızda və xidmətlərinizdə uğurlar arzulayıram!”, deyə məktubda qeyd edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:47 / 24.07.2022
“İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırıq” – ZAKİR HƏSƏNOV
Hazırda oxunan: “İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırıq” – ZAKİR HƏSƏNOV
Hazırda oxunan: “İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırıq” – ZAKİR HƏSƏNOV
85187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.