Müğənni Niyam Salami növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda uşaqlıq xatirələrindən söz açıb.
Niyam bildirib ki, atası onun təhsil almasına qarşı çıxıb, bunun heç kimə lazım olmadığını söylərək, aşağılayıb.
"Səkkiz uşaq, anam, atam və nənəm süfrə başında əyləşərdik. Kəndimizdə belə adət var idi. Yemək ilk ailə başçısına çəkilirdi. Mən də 8-ci idim, qaçıb otururdum nənəmin yanında ki, yeməyin yaxşı yerindən çatsın. Atam yeməkdən sonra hamını tərifləyərdi. Bizim ailədə hamı savadlı olub. Amma həmin dövrdə çətin olduğuna görə iki bacımı oxumağa qoymayıblar. Növbə mənə çatanda atam deyirdi ki, sən kimə lazımsan? Belini hazırla, get fəhlə işlə. Sən kim olacaqsan? Deyirdim, narahat olma, bamiyə bişirib, səni saxlayaram. Atam Niyam Salami olduğumu görmədi".
Rəşad Əliyev, Bizim.Media