Azərbaycan qazının Aİ-yə nəqlinin artırılması Avropanın enerji xəritəsini dəyişəcək

Hazırda oxunan: Azərbaycan qazının Aİ-yə nəqlinin artırılması Avropanın enerji xəritəsini dəyişəcək

85143

Xəbər verdiyimiz kimi, iyulun 18-də Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Leyen imzalayıblar.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Sülh və Diplomatiya Araşdırmaları İnstitutunun rəhbəri, "Pakistan-ŞƏT" Dostluq Forumunun sədri, tanınmış pakistanlı politoloq Məhəmməd Asif Nur münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının Aİ-yə nəqlinin artırılması Avropanın enerji xəritəsini dəyişəcək:

“Bu razılaşma Ukraynadakı vəziyyət fonunda böyük əhəmiyyət kəsb edir, bunun nəticəsində Rusiyanın müxtəlif Avropa ölkələrinə enerji təchizatı demək olar ki, dayanıb. Bu memorandum Aİ-yə öz enerji təhlükəsizliyini təmin etmək üçün vaxtında imkan verir. Bu, Azərbaycana növbəti beş il ərzində Aİ-yə qaz ixracını iki dəfə artırmağa imkan verəcək ki, bu da Aİ-nin Rusiya qazından daha az asılı olması deməkdir".

Politoloq hesab edir ki, Azərbaycan və Aİ enerji və digər perspektivli sahələrdə əməkdaşlığın gücləndirilməsinə sadiqdirlər:

"Memorandum Azərbaycanın Aİ ilə geoiqtisadi əlaqələrdə əhəmiyyətini artırır. Bu həm də o deməkdir ki, sənədin 2027-ci ildən sonra da uzadılması ehtimalı var, çünki Avropada enerji tələbatının azalması ehtimalı azdır".

O, qeyd edib ki, Azərbaycanın Aİ-nin əsas qaz təchizatçısı olacağı gözlənilir:

"Həmçinin 2027-ci ilə qədər Azərbaycan qazının Aİ-yə tədarükünün 20 milyard kubmetrə çatacağı gözlənilir. Avropa bərpa olunan enerji layihələrinə külli miqdarda sərmayə qoyulmasına baxmayaraq, enerji ehtiyaclarını ödəyə bilmir".

“Bu memorandum Aİ ilə Azərbaycan arasında enerji sahəsində ilk əməkdaşlıq təcrübəsi deyil. 2006-cı ildə tərəflər arasında anlaşma memorandumu, 2011-ci ildə isə "Cənub Qaz Dəhlizi" haqqında Bəyannamə imzalanıb:

"Azərbaycan qazının Aİ-yə tədarükünün artması Avropanın enerji xəritəsini dəyişəcək. Avropa İttifaqı hər şeydən çox etibarlı tərəfdaşları qiymətləndirir. Bunun müqabilində Aİ Azərbaycanda bərpa olunan enerji layihələrinə sərmayə qoymağı nəzərdən keçirə bilər. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında günəş və külək enerjisinin potensialı 9,2 min meqavat, Xəzər regionunda külək enerjisinin potensialı isə 157 giqavatdır". Trend.az onun dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin