Müğənni Günay İbrahimli atası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi ötən gün 59 yaşı tamam olan atasını doğum günü münasibəti ilə təbrik edib.
Evdə kiçik yığıncaqdan çəkilən görüntüləri sosial şəbəkə hesabında yayımlanan Günay əlində xüsusi olaraq atası üçün hazırlanan tortla ona yaxınlaşıb.
Atası tortun üzərində olan 59 yazılı şamı üfürərək, ad günü təbriki üçün qızına təşəkkürünü bildirib.
Qeyd edək ki, G.İbrahimlinin İlahə adında bir bacısı və Nicat adında bir qardaşı var.
Rəşad Əliyev, Bizim.Media