Rəcəb Tayyib Ərdoğan bu gün koronavirusa qarşı peyvənd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin özü Telegram kanalı vasitəsi ilə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Ərdoğan koronavirusa qarşı peyvənd olunacaq
O, Ankara Şəhər Xəstəxanasında aşılanıb.
Qeyd edək ki, ötən gün Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib. İlk peyvəndi Səhiyyə naziri Fahrettin Koca vurdurub.
Bizim.Media