"Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb".
Bizim.Meda-nın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib.
"Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar" - S.Babayev deyib.
Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 23.07.2022
Postmüharibə dövründə sosial ödəniş təyin olunan şəxslərin SAYI – RƏSMİ
Hazırda oxunan: Postmüharibə dövründə sosial ödəniş təyin olunan şəxslərin SAYI – RƏSMİ
Hazırda oxunan: Postmüharibə dövründə sosial ödəniş təyin olunan şəxslərin SAYI – RƏSMİ
85074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.