Rotavirus infeksiyasından qorunmaq üçün nə etmək lazımdır?

Hazırda oxunan: Rotavirus infeksiyasından qorunmaq üçün nə etmək lazımdır?

85070

Son zamanlar Azərbaycanda uşaqlar arasında rotavirusa yoluxma hallarının artdığı bildirilir. Xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. Həkimlər valideynləri diqqətli olmağa çağırır. 

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir.  

Bu xəstəlik, onun əlamətləri, müalicə üsulları barədə Bizim.Media-ya açıqlamasında geniş məlumat verən həkim pediator Gülşən Əliyevanın dediyinə görə, xəstəlik əsasən 2 yaşa qədər uşaqlarda özünü göstərir:  
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa yoluxma artdı - MASKA REJİMİ GERİ QAYIDIR...


“Rotavirus infeksiyasına bağırsaq qripi də deyirlər. Əsasən iki yaşa qədər uşaqlarda ona rast gəlinir. Qrip kimi başlayır, temperatur, halsızlıq, ümumi zəifliklə müşayiət olunur, boğazda qızartı olur. Ardınca qusma başlayır. Sulu, köpüklü nəcis ifrazı da özünü göstərir. Qarında ağrı olur. Bu virusun 9 növü olsa da, əsasən 3 növü - A, B və C növləri xəstəlik törədir. Çirkli əllər, çirkli əşyalardan yoluxma mümkündür. Bununla bağlı təcili həkimə müraciət edilməlidir. Çünki çoxlu maye itirən uşağın vəziyyəti sürətlə pisləşə bilər. müalicə gecikərsə, xəstəlikdən ölüm halları da baş verə bilər. Xəstəlik virus mənşəli olduğundan sürətlə yayıla bilir”.  

Həkim deyir ki, müalicə simptomatik aparılır: 

“Məhz virusu məhv edən dərman yoxdur. Diariyanın, qusmanın, bədəndə susuzlaşmanın qarşısı alınır. Xəstəlik uşağın vəziyyətindən asılı olaraq 3-5 günə qədər çəkə bilir. Qarşısının alınmasının yolu vaksinasiyadır. Azərbaycanda bu planlı peyvəndlənməyə aid deyil. Yəni poliknikalarda vurulmur. Amma könüllülük əsasında özəl müəssisələrdə vurulur. Müalicə zamanı rotariks peyvəndindən istifadə olunur. 85 faiz hallarda həmin peyvənd qoruma yaradır”.  

Uşaqları xəstəlikdən qorumaq üçün həkim gigiyena qaydalarına ciddi əməl etməyə çağırdı: 

“Xəstə uşaqla əlaqədə olmamalı, uşağın əşyaları təmiz olmalıdır”.  

Rotavirus xəstəliyinin hazırkı dövrdə sürətlə yayılması səbəbinə gəldikdə, həmsöhbətimizin fikrincə, karantin dövründə uşaqların virusa dözümlülüyünün azalması fonunda immunitetin zəifləməsi prosesinin ağırlaşmasına gətirib çıxarıb.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin