Qubanın icra başçısı vədinə əməl etmədi – ÖZƏL

Hazırda oxunan: Qubanın icra başçısı vədinə əməl etmədi – ÖZƏL

8503

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hələ ki, vədinə əməl etməyib. Söhbət onun Vətən savaşından alnı açıq və qalib çıxan qaziləri işlə və layiqli vəzifələrə təyin edəcəyi ilə bağlı verdiyi vəddən gedir. O, Quba qazilərinin yüksək vəzifə sahibi olacaqlarına və lazımi dəstək verəcəyinə söz vermişdi. 

Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov Bizim-Media-ya açıqlamasında Qubadan olan heç bir qaziyə hələki yüksək vəzifə verilmədiyini deyib: 

“Hazırda real olaraq qazilərimizdən işlə təmin olunanı yoxdur. Hər halda qazilərimizin ixtisası da hansısa vəzifəyə təyin olunmaları üçün imkan verməlidir. Qazilərimiz müalicə dövrü keçirlər. Bilirsiniz ki, ölkə başçısının fərmanı ilə yerli icra strukturlarının əsasnaməsində dəyişiklik olub. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsi yaradılıb. Hazırda o şöbə formalaşır. Çox güman ki, intensiv proseslər gedəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Qubanın icra başçısı qazilərə yüksək vəzifə vəd etdi – ƏTRAFLI


Qurum rəsmisinin sözlərinə görə, hazırda müddətini başa vurub gələn qazilərin sayı təxminən 200 nəfərdir:

“İlk siyahıya görə rəqəm belədir. Növbəti siyahı da dəqiqləşdirilir. Qazilərimizin işlə təmin olunması məsələsi daim diqqətdədir. Amma işlə bağlı bizə müraciət edən yoxdur. Müraciət olsa, qazilərin ixtisasına baxılıb uyğun vakant yerlərə təyinat ola bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin