Damla "rahibə" obrazından danışdı: "Məni erməni kimi qələmə verdiniz" - VİDEO

Hazırda oxunan: Damla "rahibə" obrazından danışdı: "Məni erməni kimi qələmə verdiniz" - VİDEO

84992

"Əslində hər obrazın öz mənası var. Siz isə boynumdakı xaça görə məni erməni kimi qələmə verdiniz. Məni din düşməni etdiniz"

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkə hesabında yayımladığı videoda deyib.

Bir neçə gün əvvəl rəsmi "YouTube" kanalında təqdim etdiyi "İlan" adlı klipi ilə qalmaqal yaşayan sənətçi izləyicilərin tənqid dolu fikirlərinə cavab verib.

Damla klipdə yaratdığı rahibə obrazının çoxlarının fikirləşdiyi kimi xristianlığı qəbul etdiyi anlamına gəlmədiyni bildirib:

"Müsəlmanam və xristianlığı qəbul etməmişəm. Hələ də yazırlar ki, mən niyə rahibə olmuşam. Bilmədim həmin şərhlərə gülüm, ya ağlayım! Və ya videonun şərh bölməsini bağlayım? Açıqlama da vermək istəmirdim, çünki anlayanlar da var. Standartdan kənar iş görəndə beyinlər “error” verir. Mən günlük, sıradan, bəsit və monoton işlərlə dinləyicilərimin qarşısına çıxmaq istəmirəm. Klipin müzakirəsi bizim xeyrimizədir. Gördüyümüz işin, əziyyətin çəkisi danışılır”.

Sənətçi klipdə yaratdığı obrazın izləyicilər tərəfində. doğru anlaşılmadığından narahtlıq keçirdiyini dilə gətirib.

"Kelimeyi-şəhadətini bilməyən insanlar yazır ki, "Allahın kitabı sizə qənim olsun, xaç taxmısınız". Xaç taxmaqla mən kafir oluram və ya bu, Allahla aramdakı bağı pozur? Bu, obrazdır. Sizə kim dedi ki, mən Allaha inanmıram, bu klipdən sonra xristian olacam? Qaranlıq tərəflər var idi, açıqlamaq istədim.
Niyə belə narahat və aqressivsiz? Niyə hər şeyi çətınləşdirirsiniz, istəyirsiniz ki, könül bulandırasınız? Rahibələr kilsədə həyatdan, dünyadan təcrid olunub, həyatlarını Allaha həvalə edirlər. Onlarda küskün qadın obrazı var. Üzümdəki çiçəklərin də mənası odur ki, insan nə qədər kədərli olsa da, gülmək məcburiyyətindədir. Hər şeyin ayrılıqda mənası var”.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin