Aparıcı Leyla: "Adam infarkt keçirir ki, görəsən, nə oldu?" - VİDEO 

Hazırda oxunan: Aparıcı Leyla: "Adam infarkt keçirir ki, görəsən, nə oldu?" - VİDEO 

84970

“Məşhur filmimizdə deyir ki, mənim ixtiyarım yoxdur ayda bir dəfə arvadımla bazara gedim? Durduq ailəvi gəldik Miri Yusifin konsertinə. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə, hansı rakursdan? Onu necə təqdim edirlər: “Baxın, belə görüntüləndi” kimi başlıqla...”  

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.  

Aparıcı bir sıra mətbuat orqanlarında illər sonra rejissor həyat yoldaşı Abbas Quliyevlə Xalq artisti Miri Yusifin konsertində görüntülənmə xəbərinə yazılan başlıqlardan şikayətçi olduğunu bildirib.  

“Konsertdə necə görüntüləndi ki? Əyləşmişik, oturub konsertə baxırıq, deyib-gülürük! Konsertin də konsert davranışı var. Bu rəsmi qəbul, ziyafət, dini ritual icra olunan yer deyil. Səhifəni açıram, “Leyla yoldaşı ilə belə görüntüləndi” çıxır. İlahi, necə?  

“Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə” başlığı da var. Səliqəlidir. Yanlış ifadə edənlərə etirazımı bildirdim. Oxunsun deyə elə başlıq qoyurlar ki, adam infarkt keçirir ki, görəsən, nə oldu?” – deyə, L.Quliyeva fikirlərini ifadə edib.  
Qeyd edək ki, Abbas və Leyla cütlüyünün bir qız, bir oğlan övladı var.  

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin