Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu İstanbula gedib.
Bizim.Media "Habertürk"ə istinadən xəbər verir ki, o taxılın daşınması üzrə sazişi imzalamaq üçün İstanbuladır.
Bildirilib ki, Moskva vaxtı ilə saat 16:30-da Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında sazişin imzalanması planlaşdırılır:
MÖVZU İLƏ BAĞLI:
Şoyqu Donetsk və Luqansk vilayətlərinin böyük hissəsinin tutulduğunu açıqladı
“İclasda Ukraynadan infrastruktur naziri Aleksandr Kubrakov iştirak edəcək.
Müqavilənin imzalanma mərasimi Dolmabaxça sarayında keçiriləcək. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edəcək” – deyə məlumatda qeyd edilib.
Bizim.Media