QMİ-nin vəzifəli şəxsi qardaşı arvadını ikinci dəfə MƏHKƏMƏYƏ VERDİ   

Hazırda oxunan: QMİ-nin vəzifəli şəxsi qardaşı arvadını ikinci dəfə MƏHKƏMƏYƏ VERDİ   

84856

Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Aydın qızı Cavadlı qardaşının həyat yoldaşı Ülviyyə Səmədağa qızı Cavadlını məhkəməyə verib. 

Bizim.Media xəbər verir ki, Qəmər Cavadlı gəlininin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə cəzalandırılmasını istəyib. 

İddia ərizəsi baxılması üçün Binəqədi rayon Məhkəməsinə təqdim olunub.  

İş baxılması üçün hakim Aynurə Sadıqovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 27-nə təyin edilib. Qeyd edək ki, Qəmər Cavadlı gəlini Ülviyyə Cavadlını ona görə məhkəməyə verib ki, mətbuata verdiyi müsahibəsində onun barəsində həqiqətə uyğun olmayan ifadələr işlədib.
Ülviyyə Cavadlı Qəmər Cavadlının oğlu Lətifin həyat yoldaşı olub. Ülviyyə ilə Lətifin birgə nikahlarından 3 övladları olub. Lətif ötən il avqustun 8-də dünyasını dəyişib.  

Ülviyyə Cavadlının əkiz oğlanlarından biri sağ tərəfli iflic və epilepsiya xəstəsidir, böyük oğlu isə Türkiyədə təhsil alir.  

Qeyd edək ki, Ülviyyə Cavadlı mətbuata açıqlamasında bildirib ki, ərindən qalan böyük evi satıb və daha kiçik ev almaq istəyib. Onun bildirdiyinə görə, bu zaman baldızı Qəmər Cavadlı və qayınanası Nailə Cavadlı ona şərk olmaq istəyib.  

Qarşısına şərt qoyublar ki, evi satmaq fikrinə düşərsə, onlara da əldə ediləcək vəsaitdən pay, 30 min dollar düşür. 

Xatırladaq ki, bundan əvvəl də eyni tələblə Binəqədi rayon Məhkəməsində Qəmər Cavadlının Ülviyyə Cavadlıya qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. 

Bu ilin aprelində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunub. 
Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılıb ki, Ülviyyə Cavadlı ailəsinə xüsusilə anasına və ona qarşı çox aqressiv mövqe tutub.  

O, dəfələrlə anasına telefonla zəng edərək qadına hədə qorxu gəlib, miras əmlakdan anasına düşən paydan onun xeyrinə imtina etməyəcəyi halda onu öldürəcəyini, yandıracağını deyib, nalayiq sözlərlə anasını təhqir edib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin